Tədbirdə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Məmmədova iştirakçılara universitetin təhsil imkanları, Rəqəmsal UNEC modeli, UDİD, MİNOR beynəlxalq ikili diplom və tələbə mübadiləsi proqramları barədə ətraflı məlumat verilib. Həmçinin bildirilib ki, UNEC-i seçən 600–649 bal toplayan abituriyentlərə aylıq 150 manat, 650 və daha yüksək bal toplayanlara isə aylıq 300 manat məbləğində xüsusi təqaüd təqdim olunacaq.
Təqdimatın ardından abituriyentləri və onların valideynlərini maraqlandıran suallar cavablandırılıb.
Sonda iştirakçılar üçün universitetdə infotur təşkil olunub. Onlar auditoriyalar, laboratoriyalar, kitabxana, imtaham zalı, tələbələrin istifadəsində olan müasir tədris və sosial infrastrukturla yaxından tanış olublar.