UNEC Almaniya universitetləri ilə əməkdaşlığı genişləndirir

05 MART 2024 | VIEWS:

Almaniyanın aparıcı universitetlərinin professorları və Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramının nümayəndələri UNEC-də olublar.

Rektor professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə DAAD Tbilisi regional Ofisinin təmsilçiləri olan almaniyalı professorlara UNEC barədə ətraflı məlumat verilib. UNEC-in beynəlxalq əməkdaşlıq proqramlarından və həyata keçirilən layihələrdən söz açan rektor, universitetin müəllim və tələbələrinin DAAD proqramı çərçivəsində Almaniyanın müxtəlif ali təhsil müəssisələrində mübadilədə iştirak etdiklərini bildirib. O, Almaniya universitetləri ilə əlaqələrin daha da genişləndilməsində maraqlı olduğunu deyib.

Sonra tərəflər arasında UNEC-in potensialının artırılması, eləcə də almaniyalı professorların UNEC-də tədrisə cəlb edilməsi, müəllim-tələbə mübadiləsi, müəllimlər üçün təlimlərin keçirilməsi, birgə tədqiqatların aparılması, konfransların təşkil edilməsi və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub.

*

https://news.unec.edu.az/xeber/125-universitet/11298-unec-almaniya-universitetleri-ile-emekdashligi-genishlendirir

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol -
volgerskopen.com