UNEC komandası “GreenTech III” müsabiqəsində birinci olub

27 APREL 2026 | VIEWS:

UNEC-in komandası “GreenTech III” Startap və Yaşıl Texnologiyalar müsabiqəsinin qalibi olub.

Azərbaycan Texnologiya Universitetinin ev sahibliyi ilə Gəncə şəhərində keçirilən müsabiqədə respublikanın müxtəlif ali təhsil müəssisələrindən 100 komanda qatılıb.

Yarışda UNEC-in “Ecob” komandası “İnklüziv və sosial innovasiyalar” kateqoriyası üzrə 1-ci yeri qazanıb.

Müsabiqə gənclərin yaradıcılıq imkanlarını reallaşdırmaq və innovativ ideyalarını praktik layihələrə çevirmək məqsədilə təşkil olunub.

UNEC komandası “GreenTech III” müsabiqəsində birinci olub
Powered by atecplugins.com