ABŞ-ın Milano Beynəlxalq əlaqələr və Menecment məktəbinin professoru Çarles H.Allison Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin maliyyə ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri üçün ABŞ-da maliyyə böhranın səbəbləri, amilləri və nəticələri haqqında mühazirə ilə çıxış edib.
Mühazirədə ABŞ professoru keys metodu əsasında ABŞ-ın konkret şirkətlərinin timsalında maliyyə böhranışəraitində maliyyə menecmentinin xüsusiyyətləri haqqında məlumatverib. Tələbələrə şirkətlərin müxtəlif maliyyə mexanizmlərinin tətbiqi nəticəsində səmərəli fəaliyyətə nail olması istiqamətlərini göstərib.
Qeyd: Professor Çarles H.Allison maliyyə, mühasibat və maliyyə menecmenti üzrə Cornell Universitetində dərs keçib və eyni zamanda JP Morgan & Co., Merrill Lynch & Co., James D. Wolfensohn, Inc., Barclays Bank, and The F.B. Heron Foundation şirkətlərində məsləhətçi kimi fəaliyyət göstərib.