Dünyada Süni intellekt üzrə ən çox istinad edilən nəşrlər arasında UNEC nəşrlərinin payı 12-dir (17.9%). Tədqiq etdiyimiz mövzu üzrə top 10 jurnallarda (SNIP) yer alan elmi nəşrlərin payı 26 (65.0%), SCIMago Journal Rank (SJR) üzrə isə 7(18.4%) təşkil edir. İsnad sayına görə ən yaxşı 3 məqalə aşağıdakılardır:
Süni intellekt üzrə UNEC nəşrlərinə Scopusda ümumi baxış sayı 2718, hər nəşrə düşən baxış sayı isə 40.6 təşkil edir. Dünyada ən çox baxılan nəşrlər arasında UNEC nəşrlərinin payı 40 (59.7%) təşkil edir. Jurnalların kvartillərinə gəldikdə Süni intellekt barədə yazılmış məqalələrin 50 faizi (31 nəşr) Q1/Q2 kvartilli jurnallarda dərc edilib. Mövzu üzrə UNEC-dən 45 müəllifin məqaləsi dərc edilib və top 10 müəllif bunlardır: Pamucar Dragan Stevan S., Dinçer Hasan, Yüksel Serhat, Moslem Sarbast, Vüsal Kərimli, Yadulla Həsənli, Ülviyyə Rzayeva, Rəna Mikayılova, Əli Abbasov, Şahnaz Şahbazova. 2020-2026-cı illər ərzində UNEC-in araşdırılan sahə üzrə beynəlxalq əməkdaşlığı 71.6% (234 sitat), milli əməkdaşlıq 14.9% (51 sitat), institusional əməkdaşlıq isə 7.5% (1 sitat) təşkil edir.
UNEC alimlərinin süni intellektlə bağlı araşdırmalarda beynəlxalq əməkdaşlıq etdiyi top 10 universitet bunlardır: Saveetha Institute of Medical and Technical Sciences (Deemed to be University), Korea University, İstanbul Medipol University, Yuan Ze University, University of Belgrade, Southwest University, Budapest University of Technology and Economics, University College London, Chitkara University, Southwestern University of Finance and Economics.
Əməkdaşlıq edilən milli universitetlər isə – Qərbi Kaspi Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Xəzər Universiteti və Odlar Yurdu universitetidir.
Qeyd edək ki, süni intellektə dair aparılan SciVal üzrə təhlil (https://www.scival.com/overview/summary?uri=Institution%2F718666) KİM-in “Süni intellektə dair resurs tövsiyələri” adlı layihə çərçivəsində həyata keçirilmiş və 03.03.2026-cı il tarixinə aiddir.
Adilə Abdullayeva,
UNEC Kitabxana İnformasiya Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru.