Dövlət Mükafatları Komissiyası tərəfindən Azərbaycan Respublikasının elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə 2016-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulu elan edilir.
Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2016-cı il 1 aprel tarixinədək həmin komissiyaya təqdim edilməlidir.
Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küç., 68, Nazirlər Kabineti
Əlaqə telefonu: 492-56-01
E:mail: [email protected]