Yeni dövrün yeni çağırışları ilə bağlı UNEC-də müzakirələr aparılıb

26 APREL 2024 | VIEWS:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsi zamanı ölkənin gələcək inkişafı ilə bağlı milli ideyaların yaranması məqsədilə ictimai müzakirələrin aparılması barədə çağırışına uyğun olaraq, UNEC-də “Gələcək özümü gələcək?” başlıqlı ikinci ictimai müzakirə keçirilib.

Bu dəfəki müzakirə “Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan: yaşıl müqayisəli üstünlüklər, rəqəmsal dayanıqlılıq!” mövzusunda olub. Müzakirənin videoyazısı qısa zamanda ictimaiyyətə təqdim olunacaq.

Xatırladaq ki, 15 apreldə Gələcək əsr deyil, əsərdir!” mövzusunda keçirilən müzakirənin videoyazısı ictmaiyyətə tədqim olunub.

https://news.unec.edu.az/xeber/125-universitet/11569-red-milli-ideyalarin-yaranmasi-istigametinde-unec-de-novbeti-ictimai-muzakire-yashil-igtisadiyyat-regemsal-azerbaycan-red