Dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən yarışma robototexnika sahəsində beynəlxalq səviyyədə təşkil olunan nüfuzlu platformalardan biri hesab olunur. Bu il keçirilən müsabiqədə 40-dan çox ölkədən 700-dən artıq komanda və 4000-dən çox iştirakçı təmsil olunub. Geniş coğrafiyanı əhatə edən və yüksək rəqabət mühiti ilə seçilən beynəlxalq yarışda Aşurbəy Məmmədzadənin təmsil olunduğu “JoshuaTech” komandası Obstacle Advanced kateqoriyası üzrə 25 rəqib arasında I yerə layiq görülüb.