UNEC rektoru “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib

02 MAY 2024 | VIEWS:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə UNEC rektoru professor Ədalət Muradov “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif edilib.

UNEC rektoru Ümummilli Lider Heydər Əliyev irsinin tədqiqi və təbliği, azərbaycançılıq ideyasının həyata keçirilməsi, ölkənin sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında, həmçinin dövlət idarəçiliyində və ictimai-siyasi sahədə xidmətlərinə görə yubiley medalına layiq görülüb.

Yubiley medalı Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən rektora təqdim olunub.

https://news.unec.edu.az/xeber/125-universitet/11650-unec-rektoru-heyder-eliyevin-100-illiyi-1923-2023-yubiley-medali-ile-teltif-edilib