UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü keçirilib

14 İYUL 2026 | VIEWS:

UNEC-in 2 saylı tədris binasında abituriyentlər üçün Açıq Qapı günü təşkil olunub.

Tədbir çərçivəsində abituriyentlər universitetin tədris prosesi, fakültələri, tələbə həyatı, beynəlxalq mübadilə proqramları, təqaüd imkanları və gələcək karyera perspektivləri barədə ətraflı məlumat əldə ediblər.

Görüşdə İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dos. Elçin Eyvazov, Rəqəmsal İqtisad Məktəbinin (RİM) direktoru dos. Mənsur Bərxudarov, Türk Dünyası İqtisad Fakültəsinin (TUDİFAK) dekanı dos. Yusif Əliyev və Qiyabi və əlavə təhsil mərkəzinin nümayəndəsi çıxış edərək UNEC-də təhsil imkanları, beynəlxalq əməkdaşlıq layihələri, tələbələr üçün yaradılan şərait və universitetin üstünlükləri haqqında məlumat veriblər.

Açıq qapı günündə abituriyentləri maraqlandıran suallar cavablandırılıb, ixtisas seçimi, qəbul prosesi və universitet həyatı ilə bağlı fikir mübadiləsi aparılıb. 

https://news.unec.edu.az/xeber/154-abituriyent/15337-unec-in-2-sayli-tedris-binasinda-abituriyentler-uchun-achig-gapi-gunu-kechirilib