İşəgötürənlər UNEC-də: “Məşğulluq həftəsi”nə start verildi!

19 MAY 2025 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) tələbələrin karyera inkişafına və əmək bazarına inteqrasiyasına dəstək məqsədilə “Məşğulluq həftəsi”nə (Employability Week) start verilib.

UNEC-lə əməkdaşlıq çərçivəsində “Synergia Academy”nin təşəbbüsü və “Pasha Group”a daxil olan 12 nüfuzlu şirkətin iştirakı ilə həyata keçirilən “Məşğulluq həftəsi” sonuncu kurs tələbələrinin məşğulluğunun təmin olunması istiqamətində geniş imkanlar yaradacaq. Həftə ərzində UNEC tələbələri iş dünyasının insan resursları nümayəndələri ilə birbaşa təmasda olmaq, seminar və görüşlərdə iştirak etməklə bilik və bacarıqlarını təkmilləşdirmək imkanı əldə edəcəklər. Eyni zamanda, seçilmiş tələbələr üçün müsahibə mərhələləri də təşkil olunacaq.

Tədbirin açılış mərasimində çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov “Məşğulluq həftəsi”ni universitetin 95 illik yubileyi çərçivəsində keçirilən ən əhəmiyyətli tədbirlərdən biri kimi qiymətləndirib. Rektor qeyd edib ki, UNEC tələbələrinin yüksək maaşlı və ixtisaslarına uyğun işlə təmin olunması universitetin əsas prioritetlərindəndir: “İşəgötürənlərin UNEC tələbələri ilə görüşə gəlməsi özü-özlüyündə universitetə və tələbələrimizə verilən dəyərin göstəricisidir. Əminəm ki, təmsil olunan 12 şirkət həftə ərzində öz tələblərinə uyğun olan, bacarıqlı və bilikli tələbələrlə tanış olaraq onları işə qəbul edəcəklər.”

Professor Ədalət Muradov çıxışı zamanı UNEC-də son illərdə tələbələrin rəqabətədavamlı mütəxəssislər kimi yetişməsi məqsədilə həyata keçirilən islahatlardan da danışıb. O, tələbələrə müsahibələrdə öz bilik və bacarıqlarını düzgün təqdim etmələri ilə bağlı tövsiyələrini verib.

Tədbirin təşkilatçısı, “Synergia Academy”nin CEO-su Rəna Əfəndiyeva  “Məşğulluq həftəsi” çərçivəsində keçiriləcək tədbirlərin tələbələr üçün mühüm karyera imkanları yaradacağını bildirib: “Bu təşəbbüs tələbələrin real iş mühiti ilə tanışlığı, potensial işəgötürənlərlə birbaşa əlaqə qurması baxımından əvəzsizdir. Əminəm ki, bu platforma onların uğurlu karyera yolunda əhəmiyyətli addımlardan biri olacaq.”

Tədbir çərçivəsində iştirak edən şirkətlərin insan resursları rəhbərləri də çıxış edərək tələbələrə müsahibə prosesi zamanı diqqət yetirilməsi vacib olan məqamları, peşəkar təqdimat və karyera planlaması barədə faydalı tövsiyələrini bölüşüblər.

İşəgötürənlər UNEC-də: “Məşğulluq həftəsi”nə start verildi!
Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol -
volgerskopen.com