BVF nümayəndələri UNEC tələbələrinə qlobal iqtisadi trendlər barədə təqdimat ediblər

04 NOYABR 2025 | VIEWS:

Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələri UNEC tələbələri üçün qlobal və regional iqtisadi trendlərlə bağlı təqdimat ediblər.

BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya Departamentinin  Regional təhlil və strategiya sektorunun baş iqtisadçısı Borislava Mircheva və iqtisadçısı Bilal Tabtini Yaxın Şərq və Mərkəzi Asiya Regionu ölkələrinin 2025-ci ilin oktyabr ayı üzrə iqtisadi hesabatlarında qlobal iqtisadi tendensiyalar, tarif siyasətindəki dəyişikliklər və Yaxın Şərq–Mərkəzi Asiya regionunda münaqişələrin iqtisadi təsirləri ilə bağlı geniş məlumat veriblər. BVF rəsmiləri həmçinin ABŞ tərəfindən tətbiq olunan tarif siyasətinin Qafqaz və Mərkəzi Asiya regionuna təsirlərinə toxunublar.  

Görüşdə BVF-in Yaxın Şərq və Mərkəzi Asiya üzrə analitik araşdırmasının nəticələri də təqdim edilib.

Təqdimatın sonunda BVF nümayəndələri UNEC tələbələrinin suallarını cavablandırıblar, onları maraqlandıran qlobal risklər, regional iqtisadi perspektivlər və BVF-in analitik metodologiyaları barədə ətraflı məlumat veriblər.

BVF nümayəndələri UNEC tələbələrinə qlobal iqtisadi trendlər barədə təqdimat ediblər