UNEC nümayəndə heyəti Ankaradakı reytinqli universitetlərində əməkdaşlıq imkanlarını müzakirə edib

01 DEKABR 2025 | VIEWS:

UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov, Hərbi və xüsusi şöbənin müdiri Səidə Babayeva, “Biznes və logistika” kafedrasının müdiri, dosent Məhəmməd Əliyev, “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının müdiri Elşən Məmmədov və “Arxiv” şöbəsinin müdiri Mətanət Məmmədova universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi məqsədilə Ankaraya işgüzar səfər ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Türkiyənin yüksək reytinqli ali təhsil müəssisələri olan Hacettepe, Gazi, Orta Şərq Texniki (ODTÜ) və Hacı Bayram Veli universitetlərində görüşlər keçirib. Görüşlərdə hər iki tərəf arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Tərəflər arasında əsas müzakirə mövzuları müəllim və tələbə mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin icrası, təhsil platformaları ilə əməkdaşlığın genişləndirilməsi, ali təhsildə süni intellekt texnologiyalarının tətbiqi üzrə seminarların təşkili, texnoparkların fəaliyyəti üzrə təcrübə mübadiləsi və elmi-tədqiqat sahəsində birgə əməkdaşlığın inkişafı olub.

Görüşlərin yekununda universitetlər arasında mümkün əməkdaşlıq istiqamətlərinə dair ilkin razılıq əldə edilib.

UNEC nümayəndə heyəti Ankaradakı reytinqli universitetlərində əməkdaşlıq imkanlarını müzakirə edib