Azərbaycanda yaşayan əcnəbilər üçün UNEC-də “Açıq Qapı Günü”

29 İYUN 2026 | VIEWS:

Azərbaycanda yaşayan və UNEC-də təhsil almaq istəyən xarici ölkə vətəndaşları üçün (abituriyentlər və onların valideynləri) 10 iyul tarixində “Açıq Qapı Günü” keçiriləcək.

Görüş zamanı iştirakçılara UNEC-dəkı bakalavriat, magistratura (MS və MBA) və doktorantura səviyyələri üzrə təhsil imkanları, xarici vətəndaşlar üçün qəbul qaydaları, tələb olunan sənədlər, təhsil haqları, təqaüd imkanları və digər məsələlər barədə ətraflı məlumat veriləcək.

Həmçinin abituriyent və valideynləri maraqlandıran suallar cavablandırılacaq.

Ətraflı məlumat üçün: 055 571 41 77; (012) 492 59 03 (daxili: 1062).

Azərbaycanda yaşayan əcnəbilər üçün UNEC-də “Açıq Qapı Günü”