23-24 aprel 2026-cı il tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ev sahibliyi və əsas təşkilatçılığı, AR İqtisadiyyat Nazirliyi, AR Elm və Təhsil Nazirliyi, AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəsmi dəstəyi və 4SİM, Azərbaycan Beynəlxalq Bankı (ABB) və “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının həmtəşkilatçılığı ilə “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” IV Beynəlxalq konfransı keçiriləcək.Konfransın əsas mövzuları:
Məqalə və xülasələrin qəbulu:
DEMCRO 2026 konfransında iştirak etmək istəyən müəlliflər Azərbaycan, ingilis, türk və rus dillərində hazırlanmış 1 səhifəlik xülasələrini müvafiq şablona uyğun olaraq [email protected] elektron ünvanına göndərə bilərlər.
Məqalələrin təqdimatı və statusunun izlənilməsi Microsoft Konfrans İdarəetmə Alətləri Dəsti (CMT) platforması üzərindən həyata keçiriləcək.
Vacib tarixlər:
Nəşr imkanları:
Qəbul edilmiş xülasələr “Tezislər toplusu”nda çap olunacaq və konfransın rəsmi saytında elektron formada yayımlanacaq. Seçilmiş məqalələrin 6–8 səhifəlik tam mətni isə Springer nəşriyyatında “Konfrans materialları” formatında dərc ediləcək. Bundan əlavə, Elm Komitəsi tərəfindən seçilmiş məqalələr UNEC Journal of Computer Science and Digital Technologies (JCSDT) jurnalında nəşr üçün dəvət ala biləcək.
Konfransın rəsmi saytı: http://de-conf.unec.edu.az/
Əlaqə məlumatları:
UNEC “Rəqəmsal texnologiyalar və tətbiqi informatika” kafedrası
Tel: (+994 12) 492-72-98 (daxili 13-25)
Təşkilat Komitəsinin məsul katibi: r.f.d. Asya Quliyeva
Mob: (+994) 51 877 55 22
E-mail: [email protected]