UNEC-in tələbəsi Yunanıstanda keçirilən beynəlxalq robot yarışmasında birincilik qazanıb

14 APREL 2026 | VIEWS:

UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin tələbəsi Aşurbəy Məmmədzadə Yunanıstanın Heraklion şəhərində keçirilən MRC (Minoan Robotic Competition) beynəlxalq robot yarışmasında JoshuaTech komandası ilə birlikdə iştirak edərək mühüm nailiyyət əldə edib.

Dünyanın müxtəlif ölkələrindən iştirakçıları bir araya gətirən yarışma robototexnika sahəsində beynəlxalq səviyyədə təşkil olunan nüfuzlu platformalardan biri hesab olunur. Bu il keçirilən müsabiqədə 40-dan çox ölkədən 700-dən artıq komanda və 4000-dən çox iştirakçı təmsil olunub. Geniş coğrafiyanı əhatə edən və yüksək rəqabət mühiti ilə seçilən beynəlxalq yarışda Aşurbəy Məmmədzadənin təmsil olunduğu “JoshuaTech” komandası Obstacle Advanced kateqoriyası üzrə 25 rəqib arasında I yerə layiq görülüb.

UNEC-in tələbəsi Yunanıstanda keçirilən beynəlxalq robot yarışmasında birincilik qazanıb