UNEC tələbələrinin diqqətinə: İsveçrədə təcrübə imkanı!

14 APREL 2026

İsveçrənin Haute école de gestion Arc (HEG Arc) Universiteti tərəfindən 2026–2027-ci tədris ili üzrə mübadilə proqramına müraciət qəbulu açıq elan olunur.

🔹 Son müraciət tarixi (payız semestri üçün): 17 aprel 2026 14:00-dək [email protected] elektron poçtuna göndərilməlidir

🎓 Magistr proqramı (Master səviyyəsi)

İxtisas:
Master of Science in Business Administration (Business in Eurasia)

Tədris dili:
İngilis dili (minimum B2)

Tədris istiqamətləri:
Beynəlxalq iqtisadiyyat, Avrasiya bazarları, rəqəmsal biznes, strateji idarəetmə

🎓 Bakalavr proqramları (Bachelor səviyyəsi)

İxtisaslar:
Business Administration
Business Law
Business Information Technology

Tədris dili:
Fransız dili (minimum B2)

Tədris istiqamətləri:
Biznes idarəedilməsi, Menecment, İqtisadiyyat və İnformasiya Texnologiyaları

📄 Tələb olunan sənədlər

  • CV (ingilis dilində)
  • Motivasiya məktubu
  • Akademik transkript
  • Xarici pasportun surəti
  • Dil sertifikatı (minimum B2)

 Əlavə məlumat

  • Mübadilə müddəti: 1 semestr
  • Müraciət yalnız UNEC tərəfindən rəsmi nominasiya əsasında həyata keçirilir
  • İxtisas adları UNEC-də mövcud olan ixtisas adları ilə tam uyğunluq təşkil etməyə bilər; tələbələr gələcək semestrdə UNEC-də tədris olunacaq fənlərlə uyğunluq təşkil edən fənnləri seçmək imkanına malikdirlər.

📩 Proqramda iştirak etmək istəyən tələbələrdən sənədlərini qeyd olunan son tarixədək  [email protected] elektron poçtuna təqdim etmələri xahiş olunur.

Ətraflı məlumat üçün Beynəlxalq Əməkdaşlıq Departamentinə müraciət edə bilərsiniz.