UNEC tələbələri üçün Koreyada mübadilə imkanı!

14 APREL 2026

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Sejong University arasında əməkdaşlıq çərçivəsində tələbə mübadilə proqramına müraciətlər açıq elan olunur.

📅 Son müraciət tarixi:
22 aprel 2026

📧 Sənədlərin göndərilməsi: [email protected]

Proqram haqqında:
Proqram bakalavriat səviyyəsində təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.

Mövcud ixtisaslar:

  • Biznesin idarə edilməsi
  • İqtisadiyyat
  • Maliyyə
  • Mühasibat
  • Menecment

👥 Seçiləcək tələbə sayı:
2 nəfər

Tələb olunan sənədlər:

  1. CV (ingilis dilində)
  2. Motivasiya məktubu
  3. Akademik transkript (ingilis dilində)
  4. Dil sertifikatı (minimum B2 səviyyəsini təsdiq edən)
  5. Pasport surəti
  6. Rəsmi fotoşəkil

🌐 Dil tələbləri:
• İngilis dili üzrə minimum B2 səviyyəsi

📊 Akademik tələblər:
• GPA minimum 90 və yuxarı

Qeyd:
Müraciətlərin tam və vaxtında təqdim olunması vacibdir. Yalnız uyğun sənədlərlə müraciət edən namizədlər növbəti mərhələyə keçiriləcəkdir.

Mübadilə proqramının şərtlərinə əsasən, Seijong universitetinə təhsil haqqı ödənilmir. Tələbələr yalnız yol və yaşayış xərclərini qarşılayacaqlar.