UNEC əməkdaşı “Layihələrin İdarə Edilməsi üzrə Peşəkar” sertifikatını qazanıb

02 İYUL 2026 | VIEWS:

UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin Layihələrin İdarə Olunması şöbəsinin müdiri Gültac Tahirli dünyanın nüfuzlu layihə idarəetmə sertifikatlarından biri hesab edilən “Layihələrin İdarə Edilməsi üzrə Peşəkar” (Project Management Professional – PMP) sertifikatını qazanıb.

Sertifikat ABŞ-da fəaliyyət göstərən Project Management Institute (PMI) tərəfindən təqdim olunur və layihələrin idarə edilməsi sahəsində peşəkar bilik, bacarıq və təcrübənin beynəlxalq səviyyədə tanınmasının göstəricisi hesab edilir.

PMP sertifikatı layihələrin planlaşdırılması, icrası, monitorinqi, risklərin idarə olunması, resursların səmərəli bölüşdürülməsi və strateji qərarların qəbulu sahələrində yüksək peşəkarlığı təsdiqləyir. Eyni zamanda, ənənəvi (Waterfall), çevik (Agile) və hibrid layihə idarəetmə metodologiyalarının tətbiqi üzrə beynəlxalq standartlara uyğun kompetensiyaları özündə əks etdirir.

UNEC əməkdaşı “Layihələrin İdarə Edilməsi üzrə Peşəkar” sertifikatını qazanıb