10.000 AZN ümumi fonda malik bu Akademik Təqaüd Proqramı çərçivəsində yalnız akademik göstəricilər deyil, eyni zamanda startap təşəbbüsləri, beynəlxalq və yerli sertifikatlar, elmi fəaliyyətlər, liderlik bacarıqları və sosial aktivlik kimi meyarlar da nəzərə alınaraq ən çox fərqlənən 5 gəncin mükafatlandırılması nəzərdə tutulur.Müraciət etmək üçün Azərbaycan universitetlərinin 1–4-cü kurs tələbəsi olmaq, yüksək akademik göstəricilərə sahib olmaq və şəxsi inkişaf planı və ya əlavə nailiyyətlərə malik olmaq kifayətdir.
Müraciət tarixləri: 1 iyun – 31 iyul
Qaliblərin elan olunması: 1–15 sentyabr
Ətraflı məlumat və müraciət üçün: lynkco.az saytına keçid edə bilərsiniz.
*5544