Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Eskişehir Texniki Universiteti (ESTÜ) 2026–2027-ci tədris ilinin payız semestri üçün tələbə mübadiləsi proqramına müraciətlərin qəbulunu elan edir.Proqram çərçivəsində tələbələr Eskişehir Texniki Universitetində bir və ya iki semestr müddətində təhsil almaq imkanı əldə edəcəklər.
Eskişehir Texniki Universiteti beynəlxalq akademik mühitə, müasir kampusa, əlverişli yaşayış şəraitinə və zəngin sosial-mədəni həyata malik olmaqla tələbələr üçün yüksək keyfiyyətli təhsil imkanları təqdim edir.
Mübadilə proqramı çərçivəsində aşağıdakı ixtisaslar üzrə təhsil almaq mümkündür:
Qeyd: Aşağıda qeyd olunan ixtisasın tədris dili 30% ingilis, 70% türk dilidir.
Maliyyə şərtləri
Mübadilə proqramı çərçivəsində qəbul olunan tələbələrdən təhsil haqqı tələb olunmur. Yaşayış, nəqliyyat və digər şəxsi xərclər tələbənin özü tərəfindən qarşılanır.
Tələb olunan sənədlər
Sənədlərin göndərilməsi: [email protected]
Mübadilə proqramında iştirak etmək istəyən tələbələrdən müəyyən edilmiş müddətlər ərzində müraciət etmələri xahiş olunur.