UNEC-in 3 saylı tədris binasında texniki və texnoloji ixtisaslara maraq göstərən abituriyentlər üçün “Açıq qapı” günü keçirilib.
Görüşdə informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik, dizay sahələri üzrə təhsil almaq istəyən abituriyentlər və onların valideynləri iştirak ediblər.
Tədbirdə Rəqəmsal İqtisadiyyat, Mühəndislik və UNEC Dizayn Məktəbinin dekanları çıxış edərək rəqəmsal UNEC-in təqdim etdiyi müasir təhsil imkanları, beynəlxalq əməkdaşlıqlar, ikili diplom proqramları, xüsusi təqaüd imkanları, praktik yönümlü tədris prosesi və tələbələrin karyera imkanları barədə ətraflı məlumat veriblər.
Görüş zamanı abituriyentləri və valideynləri maraqlandıran suallar cavablandırılıb.
Sonra iştirakçılar UNEC-in 3 saylı tədris binası ilə tanış olublar. Onlar auditoriyaları, müasir laboratoriyaları, kitabxananı, idman zalını və digər tədris infrastrukturunu gəzərək universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.