mem.e.n., dos. Ağamalıyeva Yeganə Çərkəz qızı

1976-ci ildə Bakı şəhərində anadan olub.
1983-1993-cü illərdə Bakı şəhəri, Xətai rayonu 95 saylı orta məktəbdə təhsil almışdır.
1993-1997-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universiteti, “Memarlıq” ixtisası üzrə Bakalavr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
1997-1999-cu illərdə Azərbaycan İnşaat Mühəndisləri Universiteti, “Memarlıq” istiqaməti, “Memarlıq-Şəhərsalma” ixtisası üzrə Magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.
2000-2004-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universiteti, qiyabi Aspirantura söbəsində təhsil almışdır.

1999-2001-ci illərdə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Dizayn” kafedrasında saat hesabı yolu ilə dərs aparmaqla baş laborant vəzifəsində çalışmışdır. 2001-2013-cü illərdə Azərbaycan Dövlət İqtisad Universiteti, “Dizayn” kafedrasında asistent, 2013-2017-ci illərdə baş müəllim vəzifəsində pedaqoji fəaliyyətini davam etdirmişdir.
2017-ci ildən hal-hazıradək Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Dizayn” kafedrasında dosent vəzifəsində çalışır.

19 dekabr 2005-ci il tarixində 6401.01 – “Memarlıq nəzəriyyəsi və tarixi, memarlıq abidələrinin bərpası və rekonstruksiyası” ixtisası üzrə “Azərbaycan şəhərlərində tarixi abidələrin qorunma problemləri (Naxçıvan, Gəncə, Şəki, Ordubad və Şuşa şəhərlərinin timsalında)” mövzusunda memarlıq namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir.
Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-nın 28 noyabr 2006-ci il tarixli (protokol № 33-k) qərarı ilə ona memarlıq namizədi alimlik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Prezidenti Yanında AAK-nın 2 sentyabr 2019-cu il tarixli (protokol № 16-k) qərarı ilə Dizayn kafedrası üzrə dosent elmi adı verilmişdir.

Ailəlıdir, iki övladı var.