dizayn_yeganamem.e.n. b/m. Ağamalıyeva Yeganə Çərkəz qızı

19 fevral 1976-cı ildə Bakı şəhərində anadan olmuşdur.

1993-cü ildə Azərbaycan İnşaat Mühəndisləri Universiteti, Memarlıq fakültəsinə daxil olmuş, 1997-ci ildə bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1997-1999-cu illərdə magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur.

1999-cu ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun “Dizayn” kafedrasında baş laborant vəzifəsində işə başlamış və saathesabı yolla dərs aparmışdır.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasında assistent vəzifəsində çalışıb.

 

*

2000-2004-cü illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində aspiranturada qiyabi təhsil almışdır.

2005-ci  ildə namizədlik dissertasiyası müdafiə etmişdir. Prezident yanında Ali Attestasiya Komissiyasının 28 noyabr  2006-cı il tarixli (protokol N33-k) qərarı ilə memarlıq elmləri namizədi alimlik dərəcəsini almışdır.

Hazırda “Dizayn” kafedrasının büş müəllimidir.

Ailəlidir, iki övladı var.