Direktor: i.e.d., prof. Yadulla Həsənli
|





İNFORMASİYA – ANALİTİK BÜLLETEN (oktyabr-dekabr, 2025)
Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 senyabr 2009-cu il tarixli 137 nömrəli qərarı ilə yaradılmışdır.
İnstitutun yaradılmasının əsas məqsədi – aparıcı milli iqtisadçı alimlərin cəmləşdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin elmi kadr potensialının, milli iqisadiyyatımızın aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf problemləri, həmçinin makroiqtisadi tənzimləmə, sosial və regional inkişafın sürətləndirilməsi, dünya iqtisadiyyatının çağdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymətləndirilməsi, informasiya texnologiyalarının inkişafı və innovasiyalı iqtisadiyyatın formalaşdırılması problemlərinin həllinə istiqamətləndirilməsi, milli və global iqtisadi inkişafın proqnozlaşdırılması, funksional, sahəvi və regional, o cümlədən bələdiyyələrin sosial iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanması, həmçinin ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi yönümündə elmi araşdırmaların aparılması, geniş spektrli sosioloji tədqiqatların və konsaltinq və audit xidmətlərinin təşkilinə daha fəal cəlb etməklə ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verməkdır.
İnstitutun əsas tədqiqat istiqamətləri aşağıdakılar kimi müəyyənləşdirilmişdir:
*
İnstitutun maliyyə mənbələrini, dövlət büdcəsində Azərbaycan Dövlət İqtisad Universiteti üzrə nəzərdə tutulmuş vəsait, büdcədən kənar fondlardan ayırmalar, sifarişlər və təsərrüfat müqaviləsi üzrə yerinə yetirilən elmi tədqiqat işləri, konsaltinq, sorğuların keçirilməsi və audit xidmətləri üçün ödənişlər , qrantlar və mövcud qanunvericiliyə zidd olmayan digər mənbələr təşkil edir.
Faktiki fəaliyyət 2010-cu ildən başlayan İA ETİ Azərbaycan Respublikası Prezidenti yanında Elmin inkişaf fondunun iqtisadiyyat elmi sahəsində ölkədə ilk qrantını İA ETİ əməkdaşlarından ibarət tədqiqatçılar qrupu almışdır. İnkişaf edən iqtisadiyyat üçün aktual olan bir mövzuda – “Azərbaycanda dayanıqlı iqtisadi inkişafın təmin edilməsində fiskal və monetar siyasətin əlaqələndirilməsi mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsi istiqamətlərinin müəyyənləşdirilməsi” mövzusu üzrə qrant layihəsi (2011, elmi rəhbər prof. R.T.Həsənov) 2011-ci ildə yerinə yetirilmişdir. Elmi-tədqiqat işlərini ETİ planları əsasında yerinə yetirən İA ETİ əməkdaşları mütamadi olaraq ölkəmizdə keçirilən qrant müsabiqələrində iştirak edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikasında regional sosial-iqtisadi inkişaf proqramlarının nəticələrinin diaqnostikası və regional iqtisadi inkişaf modelinin formalaşdırılması” və “Azərbaycanda aqrar sektorun inkişafının dövlət tərəfindən stimullaşdırılması mexanizminin qiymətləndirilməsi və onun təkmilləşdirilməsinə dair təklif və tövsiyələrin hazırlanması” mövzularında tədqiqat işlərinin nəticələri Dövlət orqanlarında istifadə üçün qəbul edilmişdir.
2014-cü ildə İA ETİ əməkdaşları “Azərbaycan Respublikasında regionların sənaye istehsal potensialının qiymətləndirilməsinə və sənaye parklarının yaradılmasına dair təklif və tövsiyələrin hazırlanması” mövzusu üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin (elmi rəhbər dos. N.Hacıyev) və “Azərbaycanda e-hökumətin inkişaf modeli əsasında elektron xidmətlərin genişləndirilməsi və təkmilləşdirilməsi” mövzusu üzrə Azərbaycan respublikası Rabitə və yüksək texnologiya nazirliyi İKT fondunun qrantlarını almışdır.