UNEC – Tədqiqat universitetidir

UNEC dünya elm məkanına aktiv inteqrasiya olunur. Hər il bütün dünyada məşhur olan alimlərin iştirakı ilə iqtisadiyyatın ənənəvi və yeni aktual problemləri üzrə beynəlxalq konfranslar, forumlar, elmi seminarlar keçirilir. ABŞ, Avropa, MDB, Asiyanın qabaqcıl universitetləri ilə birgə onlayn rejimdə video konfranslar təşkil edilir. UNEC alimləri beynəlxalq elmi konfranslarda, dünyanın tanınmış tədqiqat mərkəzlərində məruzələrlə fəal çıxış edir, diskussiyalar və fikir mübadiləsi aparırlar.

UNEC Avropa Şurasının (TASİS, TEMPUS, ERASMUS, SOKRATES), ABŞ (Fubright), bir sıra beynəlxalq iqtisadi təşkilatların (BMT, UNCTAD, Dünya Bankı, DTB) beynəlxalq elmi-innovasiya layihələrinin fəal iştirakçısıdır.

İqtisadi təhsil sahəsində ilk dəfə olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2009-cu ildə İqtisadi Araşdırmalar Elmi-tədqiqat institutu yaradılmışdır ki, bu da qısa bir zamanda qabaqcıl ideya və innovasiyaların mərkəzinə çevrilmişdir.

Hər il UNEC alimlərinin beynəlxalq jurnallardakı məqalələrinin sayının artması bizim universitetin dünya reytinqlərində mövqeyinin daha da yaxşılaşdırılmasına səbəb olur.
UNEC-də İqtisadi nəzəriyyə, Makroiqtisadiyyat, Maliyyə, Pul tədavülü və kredit, Dünya iqtisadiyyatı elmi istiqamətlər üzrə dissertasiyaların müdafiəsi üzrə Şuralar fəaliyyət göstərir.
İqtisad Universitetinin nəşriyyatı mütəmadi olaraq elmi monoqrafiyalar, tədris-metodoloji materiallar, analitik icmallar buraxır.
UNEC-də “Azərbaycan Dövlət İqtisad Universitetinin Elmi Xəbərləri” və “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalları nəşr olunur.

Elmi jurnallar

Elm fəaliyyətinin təşkili və idarə edilməsi

  • Universitetin professor-müəllim heyətini aktiv şəkildə elmi-tədqiqat işlərinə cəlb etməklə onları ölkədə və dünyada mövcud elm və innovasiya proseslərinə cəlb etmək, həmçinin bu istiqamətdəki fəaliyyətdə tələbə heyətinin iştirakını da təmin etmək;
  • Universitetdə iqtisad elminin müasir sahələrinin inkişafı, peşə hazırlığının yüksəldilməsi, təhsilin davamlı tərəqqisinin təmin olunması istiqamətində elmi nailiyyətlərdən istifadə etmək;
  • Müasir elmi-innovativ metodları tədqiqat prosesində və təhsil sistemində tətbiqini təşkil etmək;
  • Universitetin elmi-tədqiqat sisteminin idarə olunmasını təkmilləşdirmək;
  • Universitetin professor və müəllim heyətinin elmi intellektinin və bacarıqlarının daim artırılması istiqamətində imkanlarını araşdıraraq, onların bundan istifadəsini asanlaşdırmaq;
  • Elmi məktəb və istiqamətləri formalaşdırmaq;
  • Elmi-metodoloji və elmi-texnoloji profil üzrə kompleks mövzuların müəyyən edilməsi;
  • Universitetdə doktorluq dissertasiya işlərinin hazırlanması, müdafiəsi və idarə olunması işlərini təşkil etmək və bunu beynəlxalq standartlara uyğunlaşdırmaq;
  • Dünyanın bir sıra ölkələrində mövcud olan universitetlərin müvafiq qurumları ilə əməkdaşlığı genişləndirməklə müasir elmi təcrübələrin universitetə gətirilərək tətbiqinə çalışmaq;
  • Qrantlar, dövlət vəsaitləri, təsərrüfat hesablı müqavilələr əsasında maliyyə vəsaiti cəlb edərək universitetdə elmin maddi-texniki bazasını formalaşdırmaq və inkişaf etdirmək;
  • İqtisad elmi ilə bağlı nəşrlərin hazırlanmasını, yayılmasını, konfransların, seminarların və digər elmi tədbirlərin keçirilməsini təşkil etmək;
  • Universitetin əməkdaşlarının beynəlxalq səviyyəli jurnallarda məqalələrinin çapı ilə bağlı informasiya və ilkin məsləhətlər vermək;
  • Azərbaycan və beynəlxalq təşkilatlar tərəfindən elan olunan elmin inkişafı ilə bağlı qrant müsabiqələrində universitetin əməkdaşlarının iştirakı məqsədilə bu barədə onları mütəmadi məlumatlandırmaq və layihələrin hazırlanmasında məsləhət vermək;
  • Universitetin professor və müəllim heyətinin respublikadaxili və xarici ölkələrdə keçirilən konfranslarda, seminarlarda, treyninqlərdə və bu kimi digər tədbirlərdə iştirakını təmin edərək onları elanlar barəsində məlumatlandırmaq.

*
UNEC elmi-tədqiqat mərkəzləri

2023-2024-cü tədris ilində UNEC struktur bölmələri üzrə professor-müəllim heyətinin profillərinin kafedralar üzrə siyahısı

11726 2