36 1

UNEC-i seçmək üçün 10 səbəb

  1. Dörd dildə təhsil
  2. Elektron Universitet Modeli
  3. Xüsusi təqaüd proqramları
  4. Universitet Daxili İkili Diplom – UDİD
  5. Avropanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları
  6. Mübadilə proqramları
  7. Avropanın və Amerikanın ən nüfuzlu universitetlərindən məzun olan müəllimlər
  8. Təhsil aldığın dövrdə öz biznesini qurmaq imkanı
  9. 7/24 fəaliyyət göstərən kitabxana
  10. Yaradıcılıq Mərkəzi

ABITURIYENT BƏLƏDÇISI

Abituriyentlərin ən çox verdiyi suallar və cavablar

  1. UNEC-ə necə qəbul ola bilərəm?

UNEC-ə qəbul DİM imtahanları və SAT vasitəsi ilə (yalnız orta təhsilini ingilis dilində alan abituriyentlər üçün) həyata keçirilir.

  1. Hansı ixtisasları seçə bilərəm?

UNEC-də I, II, IV və V ixtisas qrupunda 21 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. İxtisaslarla buradan tanış ola bilərsiniz http://unec.edu.az/education/tedris-proqramlari/

  1. Hansı hallarda təhsil haqqından azad olunacağam?

Aşağıdakı tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

* Məcburi köçkün və şəhid ailələrindən olan əyani təhsil alan tələbələr;

* Hər iki valideynini 18 yaşına qədər itirmiş və ya ona bərabər tutulan (bir valideynini itirmiş, digər valideyni I və II qrup əlil olan) 23 yaşınadək tələbələr daxildir.

  1. Hansı dildə təhsil ala bilərəm?

UNEC-in bakalavr proqramlarında Azərbaycan, rus, ingilis və türk dillərinin birində təhsil almaq imkanınız var.

  1. Xüsusi təqaüdə necə layiq görülə bilərəm?

600-dən yuxarı bal toplayaraq UNEC-ə qəbul olunan hər bir tələbəyə universitet hesabına tədris ilinin ilk semestri boyunca 100 manat məbləğində əlavə təqaüd verilir. Hər bir kurs üzrə ən çox bal toplayan 15 tələbəyə isə “ikinci əlaçı təqaüdü” verilir. Bunlar ödənişli, ödənişsiz, əyani və ya qiyabi təhsil alan tələbələr də ola bilər.

  1. UDİD proqramı nədir?

Universitet Daxili İki Diplom (UDİD) proqramı bakalavrlara təhsil aldıqları müddətdə iki ayrı ixtisas üzrə diploma sahib olmaq imkanı yaradır. Siz digər bakalavr proqramlarımızdan da dərslər götürərək, iki ayrı ixtisas üzrə diplom əldə edə bilərsiniz.

  1. UNEC-də hansı ikili diplom proqramları var?

UNEC bakalavrlarına dünyanın nüfuzlu universitetləri ilə ikili diplom proqramları təklif edir:

  1. London Universiteti/London İqtisadiyyat Məktəbi
  2. Fransanın Monpelye Universiteti
  3. Mənə hansı mübadilə proqramları təklif ediləcək?

UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalayıb. “Mevlana” və “Erasmus+” proqramları çərçivəsində dünyanın bir çox universitetləri ilə müəllim-tələbə mübadiləsi həyata keçirir. Bu proqramlar çərçivəsində tələbələrimiz Almaniya, Böyük Britaniya, İtaliya, İsveçrə, İspaniya, Litva, Cənubi Koreya və Türkiyənin aparıcı universitetlərində bir semestr təhsil almaq imkanı əldə edirlər.

  1. İmtahanlar necə keçirilir?

UNEC-də imtahanlar ixtisas fənləri üzrə yazılı, qeyri-ixtisas fənləri üzrə isə test üsulu ilə təşkil olunur. İmtahanlara “UNEC İctimai Nəzarət Şurası” nəzarət edir.

  1. Startap layihələrimi necə reallaşdıracağam?

UNEC-in İnnovativ Biznes-İnkubator imkanlarından istifadə edərək öz biznes layihələrinizi reallaşdıra bilərsiniz;

  1. Asudə vaxtımı necə keçirəcəyəm?

UNEC-də gəncliyinizi hərtərəfli inkişaf etdirəcək dinamik tələbə təşkilatlarına üzv ola, yaradıcı potensialınızı UNEC Yaradıcılıq Mərkəzində inkişaf etdirə bilərsiniz.

  1. Hansı tədris binasında təhsil alacam?

Fakültələr üzrə tədris binaları