Akhundoff Group şirkətinin yaradıcısı SABAH tələbələri ilə görüşüb

17 NOYABR 2015 | VIEWS:
2152

Noyabrın 17-də Akhundoff Group şirkətinin yaradıcısı Telman Axundov Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) SABAH tələbələri  ilə görüş keçirib. Görüşdə SABAH İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev də iştirak edib.

Telman Axundov SABAH tələbələrinə informasiya texnologiyaları sahəsində biznesin qurulması, innovasiyaların Azərbaycanda tətbiqi imkanları haqqında danışıb. Tələbələrin karyera imkanları barədə faydalı məlumat və məsləhətlər verib.

Görüşdə tələbələrin sualları cavablandırılıb.

2153 1