1962-ci il iyulun 1-də Gürcüstan Respublikasının Bolnisi rayonunun Saraclı kəndində anadan olmuşdur.
1979-cu ildə S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olmuşdur.
1983-cü ildə həmin fakültəsinin Kənd təsərrüfatı müəssisələrində mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.
1989-cu ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyatı və Təşkili İnstitutunun aspiranturasına daxil olmuşdur.
1992-ci ildə «Kənd Təsərrüfatı müəssisələrinin iqtisadi səmərəliliyinin yüksəldilməsi məsələləri» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
*
1996-cı ildən «Qiymət» kafedrasının əməkdaşıdır.
2004-cü ildən «Qiymət və qiymətləndirmə» kafedrasının dosenti, 2018-ci ildən isə “Sosial sferanın iqtisadiyyatı və idarə edilməsi” kafedrasının dosenti işləyir.
60-a yaxın məqalənin, 22 proqramın müəllifidir. 2000-ci ildə nəşr olunmuş «Qiymətin əmələ gəlməsi» adlı dərsliyin müəlliflərindən biridir. 2004-cü ildə nəşr olunmuş «Qiymət və qiymətlənrin formalaşması metodologiyası» adlı metodik vəsaitin müəllifidir.
06 oktyabr 2017-ci ildə uzun müddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə UNEC-in “Fəxri Fərmanı” ilə təltif edilib.
Ailəlidir, iki övladı var.