iqt_inf_malelkab/m. Azadova Məleykə Həsənxan qızı

1 dekabr 1948-ci ildə Zəngilan rayonunla anadan olmuşdur.

1971-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini riyaziyyatçı-hesablayıcı, riyaziyyat müəllimi ixtisası ilə bitirmişdir.

1971-ci ilin avqust ayından 1972-ci ilin mart ayına kimi təyinatla SSRİ MSİ, Mərkəzi Texnoloji Layihələndirmə Bürosunun Azərbaycan filialında mühəndis vəzifəsində işəmişdir.

1972-ci ilin martından Zəngilan rayon MHS-da böyük layihəçi mühəndis vəzifəsində işləmiş, 1972-ci ilin may ayından Zəngilan şəhər orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur.

1973-cü ilin sentyabr ayından 1982-ci ilin iyul ayına qədər AzSSR EA Kİ-nun AİS şöbəsində böyük riaziyyatçı-proqramçı vəzifərində işləmişdir.

1982-ci ilin iyun ayından Azərbaycan Dövlət İqtisad Universitetinin İHM-də aparıcı proqramçı vəzifəsində çalışmışdır. 2001-ci idən eyni zamanda həmin universitetin müxtəlif kafedralarında saathesabı müəllim işləmişdir.

 

 

*

 

2007-ci ilin oktyabr ayının 1-dən İqtisad Universitetinin «İqtisadi informasiya sistemləri və texnologiyaları» kafedrasına müəllim təyin olunmuşdur.

UNEC-in «İnformasiya iqtisadiyyatı və texnologiyaları» kafedrasında müəllim
vəzifəsində çalışıb.

Hazırda “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının baş müəllimidir.

2 dərs vəsaiti, 1 fənn proqramı, 8 elmi məqalənin müəllifidir.

Ailəlidir, üç övladı var.

20171102_143404infor___20171102_152330-----------