UNEC tələbəsinin növbəti uğuru

12 OKTYABR 2016 | OXUNUB:
981

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbəsi Qurban Şabanov Gürcüstanda keçirilən pankration üzrə dünya çempionatında 3-cü yer tutaraq, bürünc medal qazanıb.

Texnologiya və Dizayn fakültəsinin 3-cü kurs tələbəsi Q.Şabanov 66 kiloqram çəki dərəcəsində mübarizə apararaq, Ukrayna və Belarusdan olan həmkarlarına qalib gəlib.

UNEC tələbəsi Qurban Şabanov pankration üzrə Azərbaycan çempionudur.

982 1