Azərbaycan Dövlət İqtisad Universiteti yeni tədris ilinə hazırdır

02 SENTYABR 2015 | VIEWS:
2004

yeniAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) geniş iclas keçirilib. 2015/2016-cı tədris ilinə hazırlıqla bağlı universitetdə görülən işlər, həyata keçiriləcək yeniliklər və qarşıya çıxan problemlərin həlli yolları prorektorlar, mərkəz rəhbərləri və dekanlarla keçirilən görüşün əsas müzakirə mövzusu olub.

UNEC-in rektoru, professor Ədalət Muradov 2015/2016-cı tədris ilinin “Keyfiyyət ili” elan edildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, “Keyfiyyət ili” çərçivəsində universitetdə bir sıra vacib yeniliklərin həyata keçirilməsi nəzərdə tutulub. Bura ilk növbədə dünyanın ən qabaqcıl universitetlərinin təhsil sisteminin öyrənilməsi və universitetdə tətbiqi istiqamətində davamlı işlərin aparılması daxildir.

Toplantıda UNEC-də innovasiyanın tətbiqi məsələləri də geniş müzakirə edilib. Bildirilib ki, dərs prosesinin tamamilə elektronlaşdırılması yeni tədris ilində gündəmdə duran əsas məsələdir və bu istiqamətdə artıq ilkin addımlar həyata keçirilib. Belə ki, ali təhsil müəssisəsi kağız üzərində jurnala “yox” deyərək, tam elekronlaşdırılmış jurnal sisteminə keçməyə hazırlaşır. Tədris prosesinin interaktiv təşkili üçün universitetin əsas tədris binasının bütün auditoriyaları kompüterlə təchiz edilən elektron tribuna və proyektorlarla təmin edilib. Rektor bildirib ki, yaxın vaxtlarda universitetin bütün tədris binalarında da elektron tribuna və proyektorlar quraşdırılacaq.

Rektor Ə.Muradov 2015/2016-cı tədris ilində tələbələrlə işin təkmilləşdirilməsi istiqamətində dekanlara öz tövsiyələrini çatdırıb. Qeyd edib ki, yeni tədris ilində tələbələrə yüksək səviyyəli təhsilin verilməsi ilə yanaşı, onların  asudə vaxtlarının səmərəli təşkili, elmi fəaliyyətə cəlb edilməsi prioritet məsələ olacaq. Sonda rektor tədris ili boyunca tələbələrə, xüsusən də universitetə yeni qəbul olunan tələbələrə qayğının artırılması və valideynlərlə işə xüsusi diqqətin ayrılması ilə bağlı göstərişlərini verib.

2005 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna