“Azərsun” Holdinq UNEC-də karyera günü keçirib

23 OKTYABR 2015 | OXUNUB:
630

Oktyabrın 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərsun” Holdinqin iştirakı ilə karyera günü keçirilib.

Tədbirdə holdinqin işə qəbul şöbəsinin mütəxəssisləri tərəfindən UNEC-in tələbə və məzunlarına şirkətdəki mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları haqqında geniş məlumat verilib. Düzgün CV yazma üsulları göstərilib, müsahibə zamanı davranış qaydaları və namizədin müsahibəyə psixoloji hazırlığına dair məsləhətlər verilib. Tələbə və məzunlara müsahibə üsullarını göstərən videoçarx nümayiş etdirilib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

631 2