riyaz_sadaqat_fotob/m. Əbdülzadə Sədaqət İmaməddin qızı

5 may 1958-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1981-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir.

1976-cı ildən 2000-ci ilədək həmin universitetin “Hesablama riyaziyyatı” kafedrasında işləmişdir.

2000-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində
Ümumi şöbənin müdiri vəzifəsində işləmişdir.

*

2001-ci ildən Universitetin “Riyaziyyat” kafedrasında əvvəl saathesabı, sonra isə 0,5 ştat müəllim vəzifəsində öz əmək fəaliyyətini davam etmişdir.

UNEC-in “Riyaziyyat və statistika” kafedrasının baş müəllimi olub.

Dəfələrlə müxtəlif konfranslarda çıxış etmişdir, bir sıra məqalələri çap olunmuşdur.

07.10.2020-ci ildə vəfat edib.