3 fevral 1959-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1976-cı ildə Bakı şəhəri 12 saylı orta məktəbi bitirmişdir.
1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) daxil olmuş, 1982-ci ildə Ərzaq malları əmtəəşünaslığı və ticarətinin təşkili ixtisası üzrə bitirimişdir.
1981-1987-ci illərdə İctimai-İaşə Birliyində mühasib işləmişdir.
*
1994-cü ildən isə Bakı Dövlət Əmtəəşünaslıq Kommersiya İnstitutunun «Ərzaq malları əmtəəşünaslığı» kafedrasında laborant, 1995-ci ildən həmin kafedrada müəllim vəzifələrində çalışmışdır.
2001-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasında baş müəllim işləmişdir.
2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «İstehlak mallarının ekspertizası» kafedrasının baş müəllimidir.
1 metodik göstərişin, 7 proqramın, 28 elmi məqalənin müəllifidir.
Ailəlidir, bir övladı var.