huseynova_aida_xaricib/m. Hüseynova Aidə Aydın qızı

02.03.1952-ci ildə Gürcüstan Respublikasının Qardabani şəhərində anadan olub.

1974-cü ildə Azərbaycan Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakultəsini bitirib.

1976-cı ilə kimi Gürcüstan Respublikasının Qardabani səhərində işləyib.

1976-cı ildən Laçın rayonunda, 1980-ci ildən isə Bakı şəhərində işləyir.

*

1994-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində fransız dili müəllimi vəzifəsində çalışmağa başlayıb.

2002-ci ildən baş müəllim vəzifəsinə keçib.

Hazırda UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimidir.

Proqram və 12 elmi məqalə müəllifidir.

Ailəlidir. İki övladı, nəvəsi var.