qeyri_ulkar-fotob/m. Neymətova Ülkər Vaqif qızı

21 sentyabr 1975-ci il tarixində Bakı şəhərində anadan olmuşdur.

1992-ci ildə orta məktəbi gümüş medalla bitrmişdir.

1993-cü ildə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun Qeyri ərzaq mallarının əmtəəşünaslığı fakültəsinə daxil olaraq 1997-ci ildə institutu əla qiymətlərlə bitirdikdən sonra elə həmin ildə institutun magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

 

*

1998-ci ildən Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri ərzaq mallarının əmtəəşünaslığı” kafedrasının baş laborantı kimi işə başlamış, 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində həmin kafedranın assistenti, 2003-cü ildən baş müəllim vəzifəsinə seçilmişdir.

Hazırda İqtisad Universitetinin “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kafedrasının baş müəllimidir.

20 tezisin, 2 metodik göstərişin, 2 tipik proqramın, 1 dərslik və 1 dərs vəsaitinin müəllifidir.

Ailəlidir.