basarat_qurbanov_fotob/m. Qurbanov Bəşarət Adil oğlu

1951-ci ilin yanvar ayının 10-da Şəki rayonunun Aşağı Küngüt kəndində anadan olmuşdur.

1968-1973-cü illərdə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) təhsil alaraq İqtisadi məlumatların mexaniki üsulla işlənməsinin təşkili ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1973-1991-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun  İnformasiya Hesablama Mərkəzində  mühəndis-riyaziyyatçı-proqramçı, böyük mühəndis-riyaziyyatçı-proqramçı, bölmə rəisi  vəzifələrində işləmişdir.

 

 

*

1991-ci ildən Azərbaycan Dövlət İqtisad  Universitetinin “İnformatika” kafedrasının  metodika-tədris laboratoriyasının müdri vəzifəsində işləyib.

Hazırda “İnformatika” kafedrasının baş müəllimidir.

6 dərs vəsaitinin, ”Fərdi elektron hesablama maşınlarında tədris təcrübəsi” və “İnformatika ”fənləri üzrə laboratoriya işləri (metodik vəsaitlərin), bir sıra tədris proqramlarının müəllifidir.

Ailəlidir, iki övladı, nəvələri var.