vezirova_jalab/m. Vəzirova Jalə Bəşir qızı

1964-cü  il  iyun  ayının  12-də  Naxçıvan Muxtar  Respubıikasının  Şəkərabad kəndində  anadan  olub.

1971-1981-ci  illərdə  Şəkərabad  kənd  məktəbində təhsil alıb.

1981-ci ildə M.F.Axundov  adına  Azərbaycan  Pedaqoji  Rus  dili və  Ədəbiyyatı  İnstitutuna (indiki Bakı Slavyan Universiteti) daxil  olub. 1986-cı  ildə  institutu  bitirib.

1990-1994-cü  ildə  Yasamal  rayonundakı  199-№ li  orta  məktəbdə  rus  dili  müəllimi, sinifdən  və  məktəbdənxaric  işlər  üzrə  təşkilatçı  vəzifəsində  fəaliyyət  göstərib.

 

 

*

1994-cü  ildə  Azərbaycan  Dövlət  İqtisad  Universitetinin  Hərbi  və  Xüsusi  İşlər  Şöbəsində  baş  inspektor  vəzifəsində işləyib.

1996-2000-ci  illərdə  “Rus  dili”  kafedrasında  laborant, baş  laborant  vəzifələrində  işləyib.

2000-2002-ci  ildə  “Rus  dili”  kafedrasında  müəllimə  vəzifəsində  işləyib.

2002-ci  ildən  “Rus  dili”  kafedrasının  baş  müəllimi olub.

UNEC-in “Xarici dillər” kafedrasının baş müəllimidir.

UNEC-in Tərcümə Mərkəzinin əməkdaşıdır.

Ailəlidir. İki övladı  var.