iqt_inf_ceyranb/m. Xəlilova Ceyran Musa  qızı

16 avqust 1973-cü ildə Salyan şəhərində anadan olmuşdur.

Bakı şəhərində 132 saylı orta məktəbdə oxumuş (1980-1990), M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) İstehsal proseslərinin avtomatlaş-dırılması fakültəsində tətbiqi riyaziyyat ixtisası üzrə (1990-1995) təhsil almışdır.

1995-1997-ci illərdə Taxıl Məhsulları Dövlət Şirkətində mühəndis, 1997-1998-ci illərdə Azərbaycan Respublikası Maliyyə Nazirliyində aparıcı mütəxəssis vəzifələrində çalışmışdır. 1998-ci ilin avqust ayından Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunda “Texniki elmlər” kafedrasında baş laborant işləməklə yanaşı, kafedrada saathesabı ilə dərs yükü yerinə yetirmişdir. 2000-ci ildə həmin kafedrada 0,5 ştat assistent vəzifəsinə təyin olunmuşdur.

2000-ci ilin sentyabr ayından Azərbaycan Dövlət İqtisad Universitetinin “İnformatika” kafedrasında 0,5 şt. assistent və 2004-cü ildən 0,5 şt. baş müəllim vəzifələrində çalışmışdır.

2006-cı ilin mart ayından “İqtisadi informasiya sistemləri və texnologiyaları” kafedrasında 0,5 şt. baş müəllim, 2009-cu ildən “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında 0,5 şt. baş müəllim, 20016-cı ildən tam ştat baş müəllim vəzifəsində işləyir.

 

*

2002-ci ildən “Obrazların tanınması” elmi istiqaməti üzrə tədqiqat işləri ilə məşğul olur. Bu istiqamətdə bir neçə elmi əsərləri yerli və beynəlxalq konfranslarda məruzə edilərək çap olunmuşdur.

3 elmi meqaləsi, 3 tezisi, 1 dərs vəsaiti və 1 tədris proqramı vardır.

Ailəlidir, iki övladı  var.