bux_baba_fotoi.e.n. Babayev Babaxan İşıq  oğlu

18 iyul 1927-ci ildə Şamaxı qəzasının 1 Çaylı kəndində anadan olmuşdur.

1943-cü ilin yanvar-may aylarında Şamaxı şəhərində mühasiblik kursunu bitirmiş və 1943-cü ilin may ayının 15-dən  1959-cu ilin fevral ayının 1-nə kimi Şamaxı rayonunun müxtəlif təşkilatlarında mühasib işləmişdir.

1959-cu ildə  Bakı şəhərinə köçmüş, həmin ilin fevral ayından 1962-ci ilin oktyabr ayına kimi Bakıda 6 №-li tikinti sahəsində, Gəmi təmiri zavodunda fəhlə və 4 №-li peşə məktəbində  istehsalat təlimi ustası işləmişdir.

1960-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İqtisad fakultəsinin qiyabi şöbəsinə daxil olmuş və 1965-ci ildə həmin fakultəni bitirmişdir.

1962-ci ildən 1968-dən 1968-ci ilin sentabr ayına kimi  Nərimanov rayonu 11 №-li məktəbdə müəllim işləmişdir.

1968-ci ildən 1983-cü ilin sonuna kimi Azərbaycan Statistika Komitəsinin Tədris Mərkəzində mühasibat uçotu müəllimi işləmişdir.

 

*

1969-cu ildə Az.DPK-nin İqtisadiyyat İnstitutunun qiyabi aspiarnturasına daxil olmuş, oranı bitirdikdən sonra 1973-cü ildə namizədlik dissertasiyası müdafiə etmiş və iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1972-1983-cü illərdə indiki İqtisad Universitetində saathesabı və 1984-cü ilin yanvar ayından baş müəllim, dosent və professor vəzifəsində işləyir.

1965-1983-cü illərdə Moskva şəhərində, 1998-ci ildə Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstiuttunda ixtisasratırma kurslarını bitirmişdir.

1985-1990-cı illərdə Respublikanın Maliyyə Nazirliyi yanında mühasibat uçotu üzrə Metodoloji Şuranın üzvü olmuşdur.

Hazırda İqtisad Universitetinin Fəxri professorudur.

200-dən artıq elmi-metodik məqalə, dərslik və dərs vəsaitinin müəllifidir.

Müharibə və əmək veteranırıdr.

Ailəlidir, 3 övladı, 5 nəvəsi və 2 nəticəsi vardır.