BANM rektoru distant tədrisdə UNEC təcrübəsi ilə tanış olub

20 MART 2020 | VIEWS:

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov UNEC-də olub.

UNEC-in rektoru professor Ədalət Muradov həmkarını UNEC Ekstern, 24/7 kitabxana və yeni istifadəyə verilən Oxu zalı ilə tanış edib. Rektor  distant tədrisin tətbiqində UNEC təcrübəsini həmkarı ilə bölüşüb.

Elmar Qasımov UNEC-də tətbiq olunan yenilikləri böyük maraqla qarşılayaraq, bu yenilikləri ölkənin ali təhsilində mütərəqqi addım kimi qiymətləndirib.

http://news.unec.edu.az/xeber/125-universitet/6244-banm-rektoru-distant-tedrisde-unec-tecrubesi-ile-tanish-olub-2