“Best Model of the World 2017” yarışmasının qalibi: UNEC tələbəsi

18 DEKABR 2017 | VIEWS:

UNEC-in Biznes və menecment fakültəsinin 4-cü kurs tələbəsi Elxan Hüseynzadə “Best Model of the World” yarışmasının qalibi olub.

Fransanın Paris şəhərində keçirilən və dünyanın 56 ölkəsinin nümayəndələrinin qatıldığı müsabiqədə Azərbaycanı UNEC-in tələbəsi Elxan Hüseynzadə təmsil edib. UNEC tələbəsi yarışmada “Best Fotomodel of The World” adını qazanıb.

Qadınlar arasında isə yarışmanın qalibi Albaniya təmsilçisi seçilib.

Tələbəmizi təbrik edirik, gələcək fəaliyyətində uğurlar arzulayırıq!