Dekan:
i.e.n. dos. Əhmədov Mirağa Məhərrəm oğlu
 

Əlaqə telefonu:
+(994) 12 440-12-69
e-mail:miraga.ahmedov@unec.edu.az

Dekan müavini:

 

Əlaqə telefonu:
+(994) 12 440-00-85
e-mail:v.ibrahimov@unec.edu.az

Dekan müavini:
Əkbərov Elbrus Həsən
oğlu 
 

Əlaqə telefonu:
+(994) 12 440-00-85
e-mail: elbrus_akbarov@unec.edu.az

*
Fakültə KATİBİ – Salayev Elxan Adil oğlu

kommer88888888888888IMG_3894 IMG_3967-1024x768 IMG_3953-1024x768   IMG_3974    IMG_4234 18Снимок888kommer_55kommer888888IMG_6921Снимок_tac

45889 10

logo333Fakültə haqqında

UNEC-in Elmi Şurasının 14.07.2016-cı il tarixli iclasının qərarının icrası təmin edilərək ləğv edilmiş Kommersiya, Biznes inzibatçılığı, İnformatikka və idarəetmə (Menecment ixtisası) fakültələrinin bazasında 25.07.2016-cı il tarixdən Biznes və menecment fakültəsi yaradılmışdır. Hazırda fakültəyə i.e.n.,dos. M.M.Əhmədov rəhbərlik edir.

Kommersiya fakültəsinin əsasını təşkil etmiş Ticarətin iqtisadiyyatı fakültəsi 1930-cu ildə yaradılmış və sonralar müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 2001-ci ildən «Ticarətin iqtisadiyyatı və marketinq», 2004-cü ildən isə «Kommersiya» adı ilə fəaliyyətə başlamışdır.

2004-cü ildə universitetin texniki və texnoloji ixtisaslar bölümündə olan Kommersiya fakültəsinin Ticarətin iqtisadiyyatı və Marketinq fakültəsinə birləşdirilməsilə yeni struktur – Kommersiya fakültəsi yaradılmışdır.

Fakültəyə 2001-2006-cı illərdə i.e.n., dos. Kərimxan Məmmədov, 2007-2009-cu illərdə i.e.n., dos. Nuru Mikayılov, 2009-2012-ci illərdə i.e.d., prof. Qabil Manafov rəhbərlik etmişlər.

Fakültədə tədrisin təşkilində və inkişafında görkəmli alimlərdən A.B.Quliyev, S.A.Salmanov, Ə.A.İsgəndərov, M.M.Mirbağırov, İ.Ə.Feyzullabəyli, F.Hacıbəyov, M.M.Zeynalov və başqalarının əvəzsiz xidməti olmuşdur.

Biznes inzibatcılıgı fakültəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 1992-ci il tarixli 240 saylı qərarı ilə, Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzdində Azərbaycan Xalq Təsərrüfatı İdarəetmə İnstitutu ilə Türk Dünyası Araşdırmaları Vakfı arasında baglanmış müqavilə əsasında yaradılmışdır. Ölkə Prezidentinin Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun ləgv edilməsi haqqında 23.05.2001-ci il tarixli Sərəncamı ilə əlaqədar olaraq AR Təhsil Nazirinin 05.07.2001-ci il tarixli 792 saylı əmri ilə fakültə Azərbaycan Dövlət İqtisad Universitetinin sərəncamına verilmiş və 8 avqust 2001-ci il tarixindən universitetin tərkibində fəaliyyətə başlamışdır. Fakültəyə 2001-2005-ci illərdə  i.e.d., prof. M.A.Axundov, 2005-2014-cü illərdə  i.e.n., dos. X.S.Xankişiyev, 2014-2016-cı illərdə  i.e.n., dos. Z.İ.İbrahimli rəhbərlik etmişlər.

İnformatika və idarəetmə fakültəsi 1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda Ümumiqtisad adı ilə yaradılmışdır. 1988-ci ildən «İstehsalın iqtisadiyyatı və idarə edilməsi», 1992-ci ildən «İnformatika və idarəetmə» adlanıb.

Bu dövrlərdə fakültədə aşağıdakı ixtisaslar üzrə ali təhsilli mütəxəssislər hazırlanmışdır:

  1. İqtisadi kibernetika;
  2. İqtisadi informatika və AİS;
  3. İstehsalın iqtisadiyyatı və idarəedilməsi;
  4. Dünya iqtisadiyyatında informasiya texnologiyaları.

Fakültəyə 1972-1978-ci illərdə prof. Q.Sadıqov, 1978-1982-ci illərdə dos. S.Əbdürrəhmanov, 1982-1992-ci illərdə prof. B.Musayev, 1992-2001-ci illərdə dos. S.Əbdürrəhmanov, 2001-2009-cu illərdə dos. V.İbrahimov, 2009-2016-cı illərdə t.e.n., dos. N.Mikayılov rəhbərlik etmişlər.

Hazırda fakültə Biznes və Menecment adlanır. Fakültənin beynəlxalq əlaqələri coxistiqamətlidir və ildən-ilə genişlənir. Hazırda fakültə və onun tərkibində olan kafedralar Türkiyənin İstanbul Universiteti, Sakarya Universiteti, Hacettepe Universiteti, Mərmərə Universiteti ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərirlər. Həmin universitetlər ilə tələbə, magistr və aspirantların hazırlanmasında, tədris-metodiki materialların birgə işlənilməsində, TEC konfranslarının kecirilməsində, elmi məqalə və tezislərin nəşr edilməsində əməkdaşlıq edilir. Onlarla tələbə xarici ölkələrdə təhsillərini davam etdirirlər.

1-Sakarya Universitesi Ziyaret_9488 (2)_resize (1)biznes66fak742-1024x683miragaмокDSC_8881mmmiraga22кbiznes44

Biznes və Menecment fakültəsinin xəbərləri UNEC NEWS-da

Biznes və Menecment fakültəsinin xəbərləri (2015 – 2018)

 

marrSnimok1-300x200DSC_4023 DSC_0012

 

Fakültə üzrə təhkim edilən kafedralar:

Ticarət və gömrük işinin təşkili
Biznesin idarə edilməsi
Menecment

 

Fakültə üzrə ixtisaslar:

Biznesin idarə edilməsi
– Menecment
– Marketinq
Dövlət və bələdiyyə idarəetməsi
– Beynəlxalq ticarət və logistika

*

Fakültənin tanıtım videoçarxı