Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbi haqqında 10 maraqlı fakt:

  1. Ümümi tələbə sayı – 375.
  2. Multi-ixtisas fakültə – 5 aparıcı ixtisas.
  3. 2015/2016-cı tədris ilində UNEC-ə qəbul olunan 600-dən çox bal toplayan 104 tələbədən 42-si Beynəlxalq İqtisadiyyat Məktəbinə daxil olub.
  4. Beynəlxalq İqtisadiyyat Məktəbinin ixtisaslar üzrə orta qəbul balları: Maliyyə – 613, Mühasibat – 590, Dünya İqtisadiyyatı – 580, İqtisadiyyat – 502, Biznes İnzibatçılığı – 493. Məktəb üzrə orta qəbul balı – 578.
  5. UNEC-in “Top 15”liyində 60 tələbədən 38-i Beynəlxalq İqtisadiyyat Məktəbindəndir.
  6. Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri üç qat Azərbaycan “Business Case Competition” qalibləridir.
  7. Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi və Bakı Fond Birjasının birgə təşkilatçılığı ilə “Gənc İnvestor 2015” müsabiqəsinin qalibləridir.
  8. 2014/2015-ci tədris ilinin məzunları arasında universitet birincisi Beynəlxalq İqtisadiyyat Məktəbindəndir. 2015/2016-cı tədris ilinin payız semestrinin universitet birincisi Beynəlxalq İqtisadiyyat Məktəbindəndir. 2015/2016-cı tədris ilinin məzunları arasında universitet birincisi Beynəlxalq İqtisadiyyat Məktəbindəndir.
  9. Beynəlxalq mübadilə proqramlarında ən çox iştirak edən tələbələr Beynəlxalq İqtisadiyyat Məktəbindəndir.
  10. UNEC-də ən gənc müəllim kontinqenti Beynəlxalq İqtisadiyyat Məktəbindədir.

DSC_7843 (1)

207 1