Kafedra müdiri: prof. Şəkərəliyev Arif Şəkərəli oğlu

Ünvan: Bakı, H.Əliyev küçəsi, 135 (II korpus)
Əlaqə tel: +(994) 12 564-37-08
.                +(994) 12564-40-39

DSC_0015DSC_0017 DSC_0016

UNEC-də dəyirmi masa: “Müasir makroiqtisadi gerçəklik şəraitində ixrac yönümlü klasterləşdirmə” (18.12.2015)

2213 1

Kafedra haqqında

Müstəqillik əldə etdikdən sonra Azərbaycanda gömrük işinin təşkili sahəsində və iqtisadi təhlükəsizliyinin təmin edilməsində kadrların hazırlanmasına böyük ehtiyac yaranmağa başladı. Bu məqsədlə 08 iyun 2001-ci ildə “Gömrük işinin təş­kili” kafedrası yaradıldı. 2 sentyabr 2009-cu il tarixdə “Beynəlxalq ticarət” və “Gömrük işinin təşkili” kafedraları ləğv edilərək onların baza­sında “Beynəlxalq ticarət və gömrük işi” kafedrası yaradıldı.

Kafedranın əməkdaşları tərəfindən 20-dən çox dərslik, dərs vəsaiti, monoqrafiya və metodiki vəsaitlər çap edilmişdir. “Gömrük işinin təşkili”, “Gömrük ekspertizası”, “Xarici iqtisadi fəaliyyətin gömrük-tarif tənzimlənməsi”, “Azərbaycanın gömrük tarixi” fənlərindən dərsliklər hazırlanmış və tələbələrin ixtiyarına verilmişdir. Kafedrada elmi-tədqiqat işlərinə də xüsusi diqqət yetirilir. Kafedranın əməkdaşları «Ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsinin müasir problemləri» və «Azərbaycanın ixrac potensialından istifadənin tənzimlənməsini problemləri» mövzuları üzrə dövlət büdcəli elmi-tədqiqat işlərini yerinə yetirmişlər.

Kafedranın nəzdində “Gömrük işinin təşkili”, “Gömrük ekspertizası” fənlərinin tədrisi üzrə laboratoriya fəaliyyət göstərir.

İxtisaslar:

  • «Beynəlxalq ticarət»,
  • «Gömrük işi»

 

Tədris olunan əsas fənlər:

  • «Beynəlxalq ticarət»,
  • «Beynəlxalq ticarət nəzəriyyələri»,
  • «Beynəlxalq marketinq»,
  • «Gömrük işinin təşkili və idarə edilməsi»,
  • «XİF-in gömrük-tarif tənzimlənməsi»,
  • «Ölkənin iqtisadi təhlükəsizliyi»,
  • «Gömrük uçotu və maliyyə nəzarəti»,
  • «Gömrük ekspertizası»,
  • «Gömrük və vergi sisteminin təkmilləşdirilməsi problemləri»,
  • «Gömrük tarixi və gömrük siyasəti»