asadulla_abullayev_etrafc.e.n., dos. Abdullayev Əsədulla Həmzat oğlu

1954-cü ildə Qax rayonunun Qaşqaçay kəndində anadan olub.

1971-ci ildə  Qaşqaçay kənd orta məktəbini bitirib.

1971-1975-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda coğrafiya müəllimi ixtisasına yiyələnib.

1975-1982-ci illərdə Qax rayonunun Qaratala kənd məktəbində coğrafiya müəllimi işləyib.

1982-ci ildə AMEA-nın H.Ə.Əliyev adina Coğrafiya İnstitutunda əyani aspiranturaya qəbul olunub.

1985-ci ildə aspiranturanı bitirdikdən sonra  “İqtisadi coğrafiya” şöbəsində baş laborant kimi işə başlayıb.

 

*
Daha sonra mühəndis, kiçik elmi işçı, elmi işçi, böyük elmi işçi vəzifələrində çalışıb.

1995-ci ildə “Şirvan iqtisadi rayonunda kənd təsərrüfatı istehsalının ərazi təşkilinin iqtisadi-coğrafi problemləri “ mövzusunda namizədlik dissertasiyası müdafiə edərək “İqtisadi və sosial coğrafiya – 11.00.02 “ ixtisası üzrə  coğrafiya elmləri namizədi elmi dərəcəsi alıb.

2001-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı“ kafedrasında baş müəllim kimi fəaliyyət ğöstərib.

Hazırda kafedranın dosentidir.

1 dərsliyin, 1 tədris proqramının, büdcə təyinatlı elmi-tədqiqat işlərinin, 30-dan çox elmi məqalənin müəllifi və həmmüəllifidir.

Ailəlidir.