cog_rovshan_foto

c.e.n., dos. Həsənov Rövşən Şahverdi oğlu

17 mart 1956-cı ildə Laçın rayonunun Minkənd kəndində  anadan olmuşdur.

1978-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Geologiya-coğrafiya fakultəsinə daxil olmuşdur.
1983-cü ildə həmin fakultəni bitirmişdir.

1987-ci ildə Azərbaycan Respublikası EA-nın Coğrafiya İnstitutunda İqlimşünaslıq şöbəsində əyani aspiranturaya daxil olmuşdur.

1995-ci ildə “Azərbaycan və Orta Asiyanın cənub arid subtropiklərinin aqroiqlim  şəraiti və ehtiyatları” adlı dissertasiya işini müdafiə edib coğrafiya elmlər namizədi alimlik dərəcəsini   adını almışdır.

 

*

“Ətraf mühitin iqtisadiyyatı və mühafizəsi” kafedrasının dosenti olub.

Hazırda UNEC-in “İctimai idarəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.

12 elmi əsərin müəllifidir.

Evlidir, iki övladı var.

rovsan4b3524c112b9a37ffrovsanil_0000008