Nazim bayraqlaCəbrayılov Nazim İbrahim oğlu

Cəbrayılov Nazim İbrahim oğlu 2 mart 1949-cu ildə Ağdam şəhərində anadan olub. 1970-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) “Ticarətin iqtisadiyyatı” fakültəsini bitirib. Təyinatla Türkmənistanın Aşqabad şəhərinə göndərilib. Aşqabad şəhər DİŞ-nin SƏDM bölməsində işləyib. Kalininqrad milis məktəbində oxuyaraq, ikinci ixtisas diplomu alıb. Bir müddət çalışdıqdan sonra Vətənə qayıdaraq, 2711 saylı hərbi avtomobil dəstəsində hərbi mühəndis vəzifəsində işləyib.

Nazim Cəbrayılov 1988-ci ildə Ermənistanın Azərbaycana hərbi təcavüzü başladığı andan Vətənin ilk müdafiəçilərindən biri kimi daim ön cəbhədə olub. Qarabağ uğrunda gedən döyüşlərdə fəal iştirak edən baş leytenant N.Cəbrayılov Müdafiə Nazirliyinin əmri ilə tağım komandiri təyin olunub. Göstərdiyi böyük hünər və şücaətə görə 1994-cü il aprelin 13-də vaxtından əvvəl kapitan rütbəsinə təqdim edilib. 18 aprel 1994-cü ildə şəhid olub.

Ermənilər Nazim Cəbrayılovun cənazəsini ailəsinə verməyib.

Ölümündən sonra Nazim Cəbrayılov ölkənin ən ali mükafatı – “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

Şəhidin həyat yoldaşı Rəhilə Cəbrayılova onun şərəfli döyüş və ömür yolunu əks etdirən “Ölməzliyə abidə” kitabını yazıb.

UNEC şəhidlərini ehtiramla yad edir (18.04.2017)
Vətən uğrunda şəhid olan igidimiz (“Ədalət” qəzeti – 17.04.2017)

UNEC şəhidlərini ehtiramla yad edir (18.04.2016)
UNEC şəhidlərini yad edir (02.03.2016)
“Ölməzliyə abidə” (PDF)

QAZILER: Bilmədim son dəfə görüşürük biz…- ŞƏHİD XANIMI YAZIR-FOTOLAR

 

 

 

*

2 3 4 8 022Сканировать10001Сканировать1-001 DSC_3395 DSC_6056 DSC_6056-001   Сканировать10002