???????????????????????????????dos. Cəlilova Nailə Məmmədəli  qızı

10 iyul 1937-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

1955-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə qəbul olmuş və 1960-ci ildə tarix fakültəsini bitirmişdir.

Təyinatla Tarix İnstitutuna kiçik elmi vəzifəsinə qəbul olunmuşdur.

1961-1964-cü illərdə Polşa və Almaniyada işləmiş və yaşamışdır.

1964-1967-ci illərdə Tarix İnstitutunda kiçik elmi işçi;
1967-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) «Fəlsəfə və elmi kommunizm» kafedrasında müəllim işləmişdir.

 

 

*

1974-cü ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutnda (İndiki Azərbaycan  Dövlət İqtisad Universitetində) baş müəllim, 1985-ci ildən «Elmi konmmunizm» kafedrasnıda dosent vəzifəsində işləmişdir.

1986-ci ildə SSRİ Ali Attestasiya Komitəsi tərəfindən dosent diplomu verilmişdir.

Hazırda  «Politologiya» kafedarsının professoru vəzifəsində fəaliyyət göstərir.

110-dan çox məqalə, 8 dərslik, 20 metodik vəsait müəllifidir.

Azərbaycan Respubilkasının əməkdar müəllimidir, iki medalla təltif edilmişdir.

Ailəlidir,  iki övladı, dörd nəvəsi var.